Azarkeşləri söyən futbolçu cəzalandırıldı İK-nın qərarları

Azarkeşləri söyən futbolçu cəzalandırıldı İK-nın qərarları

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatıdırır:

Topaz Premyer Liqasının XII turunun "Qəbələ" – "İnter" matçında "Qəbələ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

I Divizionun IX turunun "Neftçala" – "Şəmkir" matçında "Neftçala" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 74-cü dəqiqəsində "Neftçala" klubunun 4 №-li futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 90+1-ci dəqiqəsində "Şəmkir" klubunun 11 №-li futbolçusu İlhaam Allahverdiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 90+2-ci dəqiqəsində "Şəmkir" klubunun 6 №-li futbolçusu Rəhman Şabanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı zaman azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).

Oyun başa çatdıqdan sonra "Şəmkir" klubunun 7 №-li futbolçusu Bəhruz Teymurov hakimi təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

Oyunun 74-cü dəqiqəsində "Neftçala" klubunun futbolçusuna göstərilən qırmızı vərəqədən sonra klubun baş məşqçisi Kamal Quliyev hakimə qarşı təhqiredici hərəkətə yol vermişdir. İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarı qəbul edir.

"Neftçala" klubunun baş məşqçisi Kamal Quliyev hakimə qarşı təhqiredici hərəkət etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).

Bütün xəbərlər Facebook səhifəmizdə