İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən şahmat üzrə komandalar arası Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, ilk turda Sloveniyaya 3:1 hesabı ilə qalib gələn komandamız 2-ci turda Danimarka yığmasını məğlubiyyətə uğradıb-3.5:0.5.
Milli komandamız 3-cü turda Ukrayna yığması ilə üz-üzə gəlib. Bu turdaTeymur Rəcəbov, Arkadi Naydiç və Eltac Səfərli rəqibləri ilə sülh bağlayıb, Şəhriyar Məmmədyarov isə məğlub olub. Görüş 2.5:1.5 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Qadınlardan ibarət yığmamız isə ilk tura qələbə ilə start verib. Belçika komandasını 3:1 hesabı ilə məğlub edən yığmamız, 3-cü turda Latviya komandasına 1.5:2.5 hesabı ilə məğlub olub.
4-cü turda kişilərdən ibarət komandamız Türkiyə yığmasını, qadın komandamız isə Norveç millisini sınağa çəkəcək.
Xatırladaq ki, çempionatda 36 kişi və 30 qadın komandası mübarizə aparır. Yarış İsveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB