Tərlan Əhmədov: "Futbolçular tapşırıqlarımın çoxunu yerinə yetirə bilmədilər” AÇIQLAMA

Tərlan Əhmədov: "Futbolçular tapşırıqlarımın çoxunu yerinə yetirə bilmədilər” AÇIQLAMA

"Açığı, oyunun gərgin keçəcəyini bilirdik". SİA-nın məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun "Kəpəz"lə oyunundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. Mütəxəssis qarşılaşmanı belə şərh edib: "Futbolçulara demişdim ki, "Qarabağ"la oyundan daha çətin bir görüşə çıxırıq. Məqsədimiz 3 xal qazanmaq idi, amma bir xal əldə etdik. Gəncə klubu ikinci hissədə daha yaxşı futbol nümayiş etdirdi. Deməliyəm ki, futbolçular tapşırıqlarımın çoxunu yerinə yetirə bilmədilər".

Bütün xəbərlər Facebook səhifəmizdə