Lionel Messi “El Klassiko”dan kənarda qaldı

Lionel Messi “El Klassiko”dan kənarda qaldı

"Barselona" komandasının argentinalı ulduz futbolçusu Lionel Messi noyabrın 21-də La Liqanın XII turu çərçivəsində "Santyaqo Bernabeu"da keçiriləcək "El Klassiko"da forma geyə bilməyəcək.

"Marca" idman qəzeti xəbər verir ki, argentinalı hücumçunun zədəsinin həmin görüşədək sağalmaması onun "Real" ilə qarşılaşmada meydana çıxmasına imkan verməyəcək.

Messi sentyabrın 26-da ölkə çempionatında "Nou Kamp" stadionunda "Las-Palmas" ilə keçirilən oyunda dizindən zədələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə