Dünya çempionatında 7-ci turun görüşləri yekunlaşıb

Dünya çempionatında 7-ci turun görüşləri yekunlaşıb

Halkidikidə keçirilən18 yaşadək yeniyetmələr arasında şahmat üzrə dünya çempionatında 7-ci turun görüşləri yekunlaşıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 8 yaşadək oğlanların çempionatında mübarizə aparan təmsilçimiz Read Səmədov 7-ci turda Hindistan təmsilçisi Dey Şahillə xalları yarı bölüb və 5 xalla 10-cu pillədə qərarlaşıb.

Səmra Qasımova isə eyni yaşlı qızların yarışında 10-cu yerdədir.

10 yaşlı oğlanların mübarizəsində həmyerlilərimiz Aydın Süleymanlı və Xəzər Babazadə 5 xal toplayraq 24-26-cı yerdədillər.

Təmsilçimiz Ayan Allahverdiyeva eyni yaşadək qızların çempionatında 5.5 xal toplayaraq 6-cı pilləyə yüksəlib.

Məhəmməd Muradlı aktivinə 5.5 xal yazaraq 12 yaşadək oğlanlar arasında 5-ci, Əhməd Əhmədzadə isə 5 xalla 21-ci yerin sahibidir.

Eyni yaşadək qızların mübarizəsində həmyerlilərimizdən ən yaxşı nəticəni Gövhər Beydullayeva göstərib. O, liderlərdən yarım xal az toplayaraq 5.5 xalla 6-ci pillədədir.

18 yaşadək qızlar arasında Aytən Əmrayeva 4.5 xal toplayıb. Şahmatçımız 14-19-cu yerləri bölüşdürərək əlavə göstəricilərə görə 17-ci pillədədir.

Qeyd edək ki, çempionat İsveçrə sistemi ilə keçirilir və 11 turdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə