Seçkilər və canlı yayımla bağlı oyunların vaxtı dəyişdirildi

Seçkilər və canlı yayımla bağlı oyunların vaxtı dəyişdirildi

Peşəkar Futbol Liqası, Azərbaycan Respublikasında Milli Məclisə seçkilər və qarşılaşmaların canlı yayımlanmasını nəzərə alaraq, XI turun oyun cədvəlində dəyişiklik edib. SİA-nın məlumatına görə, Topaz Premyer Liqasının XI turunun "Qəbələ" – "Kəpəz", "Qarabağ" – AZAL və "İnter" – "Zirə" görüşləri noyabrın 1-də deyil, oktyabrın 31-də reallaşacaq. Eyni turun "Sumqayıt" – "Neftçi" və "Rəvan" – "Xəzər Lənkəran" qarşılaşmaları isə canlı yayımla əlaqədar olaraq, noyabrın 2-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə