Qurban Qurbanov: "Çempionatımızın ən gərgin oyunlarından biri alındı" AÇIQLAMA

Qurban Qurbanov: "Çempionatımızın ən gərgin oyunlarından biri alındı" AÇIQLAMA

Topaz Premyer Liqasının IX turuna "Sumqayıt" - "Qarabağ" oyunu ilə yekun vurulub. SİA-nın məlumatına görə, matç "Sumqayıt"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Sumqayıt" cari mövsümdə ilk qələbəsini qazanıb, "Qarabağ" isə cari mövsümdə ilk dəfə məğlub olub. Hər iki komandanın baş məşqçisinin oyun haqda fikirlərini nəzərinizə çatdırırıq:

Qurban Qurbanov ("Qarabağ"ın baş məşqçisi): "Əlbəttə ki, məğlub olmaq istəməzdik. "Sumqayıt" yaxşı oynadı, onlar üçün yaxşı qələbə alındı. Samir Abasova uğurlar arzu edirəm. Samir futbolçu olduğu vaxt həmişə əziyyət çəkib, zəhməti ilə uğur qazanıb və hər bir oyunçuya örnək olub. Məğlub olmağımıza baxmayaraq, Samirin uğuruna sevinirəm. Öz oyunumuzdan razı qaldım. Çempionatımızın ən sürətli, ən gərgin oyunlarından biri alındı. Hazırda sıx qrafik var, futbolçuları oyunlara hazırlamalıyıq. Bir daha Samir Abasovu və komandasını təbrik edirəm, çox istəkli idilər".

Samir Abasov ("Sumqayıt"ın baş məşqçisi): "Çətin olacağını bilirdik. "Qarabağ"a qarşı oynamaq çox çətindir. "İnter"lə oyundan sonra demişdim ki, biz rəqibi düşünmürük. Bu sözlərim rəqibi kiçiltmək üçün deyil. Sadəcə, öz çıxışımızı fikirləşirik. İstədiyimiz oyuna doğru 1 addım atdıq. Məncə, "Qarabağ" bizə qarşı həvəssiz oynamadı. "Qarabağ" fəxrimizdir. Oyuna görə onlara da təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə