Şahin Diniyev: "Xəzər Lənkəran"la matç 6 xallıq oyuna bərabərdir” AÇIQLAMA
"Bütün oyunlara olduğu kimi, qarşıdakı matça da eyni istəklə hazırlaşmışıq. Həftə boyunca komanda səylə məşq edib. "Xəzər Lənkəran"la oyun bizim üçün çox vacibdir. İki ardıcıl qələbədən sonra uğurlu çıxışımızı davam etdirmək istəyirik". SİA-nın məlumatına görə, bu fikirləri "Kəpəz" klubunun baş məşqçisi Şahin Diniyev deyib. Təcrübəli mütəxəssis yetirmələrinin Topaz Premyer Liqasının IX turu çərçivəsində "Xəzər Lənkəran"la keçiriləcək matçın mahiyyətini başa düşdüklərini söyləyib: "Futbolçular qarşıdakı oyunun bizə nə verəcəyini yaxşı anlayırlar. Ona görə də deyə bilərəm ki, bizi çox çətin qarşılaşma gözləyir. Rəqiblə aramızdakı fərq 2 xaldır. Ona görə "Xəzər Lənkəran"la matç 6 xallıq oyuna bərabərdir".
Baş məşqçi qeyd edib ki, komandanın heyətində cəzalı futbolçu olmasa da, itgi var: "Kərim Diniyev zədəlidir. Bu səbəbdən yarımmüdafiəçi lənkəranlılarla görüşdə kömək edə bilməyəcək. Kərimin yoxluğu bizə təsir edib. Çünki müdafiəyə meylli başqa orta xətt oyunçumuz yoxdur. Bununla belə, onun yerini doldurmağa çalışacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB