Güləşçilərimiz Dağıstan dövlət xadiminin mükafatı uğrunda yarışacaqlar
23-25 oktyabr 2015-ci il tarixdə Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə sərbəst güləş üzrə yığma komandamızın bəzi üzvləri də iştirak edəcək.
Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında qonşu respublikaya 8 güləşçimiz yollanır.
Yarışda ölkəmizi Pərviz İbrahimov, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Ağahüseyn Mustafayev (61 kq), Ağaəli Ramazanov, Samir Rzayev (hər ikisi 65 kq), Mircəfər Murtuzlu (74 kq), Məhəmməd Abdulxalikov və Hacımurad Məhəmmədsəidov (hər ikisi 86 kq) təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB