"Azəryol" voleybol klubu heyətini kanadalı voleybolçu ilə daha da gücləndirib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yeni transfer olunan 1989-cu il təvəllüdlü Kyla Riçey daha öncə Almaniya, İtaliya və Türkiyə klublarının şərəfini qoruyub. 1.88 sm boya malik olan voleybolçu bu mövsüm CEV kubokunda mübarizə aparacaq "Azəryol" komandasının tərkibində yarışacaq.
Qeyd edək ki, Kyla Riçey hücumçudur. Nəzərinizə çatdıraq ki, "Azəryol" Avropa Voleybol Konfederasiyası kubokunda ilk görüşünü oktyabrın 28-də səfərdə Rumıniyanın "C.S.M. TARGOVISTE" klubuna qarşı keçirəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB