Cavid İmamverdiyev: "Onlarsız “Neftçi” heç nədir” AÇIQLAMA

Cavid İmamverdiyev: "Onlarsız “Neftçi” heç nədir” AÇIQLAMA

"Neftçi" PFK-nın futbolçusu Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlama verib. SİA-nın məlumatına görə, yarımmüdafiəçi FİFA-nın "Mübahisəli Məsələlərin Həlli Şurası"nın çıxardığı qərara münasibət bildirib: "Əvvəla "Neftçi" rəhbərliyinə, dəstək olan məşqçilərimə, komanda yoldaşlarıma dərin təşəkkürümü bildirirəm ki, mənə sahib çıxdılar. Bu işdə kimin əziyyəti varsa, hamısına minnətdaram. Hazırda zədəlilərimiz çoxdur. İnşAllah, mən də 2-3 oyuna əvvəlki formamı bərpa eləyərəm".

Cavid İmamverdiyev həmçinin azarkeşləri komandaya dəstək olmağa çağırıb: "Azarkeşlər mənim ürəyimdir. "Neftçi" azarkeşləri həmişə mənim ürəyimdə yaxşı qalıb və qalacaqlar. Onlardan xahişim budur ki, komandanı çətin vəziyyətdə tək qoymasınlar. Biz onları sevirik, həmişə dəstəkləyirik. Onlarsız "Neftçi" heç nədir".

Bütün xəbərlər Facebook səhifəmizdə