Aleksandr Boriçiç: "Voleybol inkişafın yeni mərhələsinə qədəm qoyub"
Yüksək səviyyədə təşkil olunan "Bakı-2015" ilk Avropa Oyunlarından sonra voleybol idmanı inkişafın yeni mərhələsinə qədəm qoyub. Bu fikri Avropa Voleybol Konfederasiyasının (CEV) yeni seçilən prezidenti Aleksandr Boriçiç qurumun Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 36-cı Baş Assambleyasında çıxışı zamanı deyib.
Assambleyada quruma prezident seçkilərinə keçirilən səsvermədə Aleksandr Boriçiç 31 səslə qalib gələrək bu postda Andre Meyeri əvəzləyib.
Baş Assambleyada, həmçinin 2017-ci ildə Azərbaycanda və Gürcüstanda təşkil olunacaq qadın voleybolçular arasında Avropa çempionatı ilə bağlı təqdimat keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB