Berlində keçirilən şahmatın blits növü üzrə dünya çempionatı yekunlaşıb. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, çempion adını 21 oyundan aktivinə 15.5 xal yazan Rusiya şahmatçısı Aleksandr Qrişuk qazanıb. Fransa təmsilçisi Maksim Vaşe-Laqrav və rusiyalı Vladimir Kramnik çempiondan yarım xal az toplayaraq 15 xalla 2-3-cü yerləri bölüşdürüblər.
Təmsilçilərimizdən ən yaxşı nəticəni Rauf Məmmədov və Şəhriyar Məmmədyarov göstərib. R.Məmmmədov və Ş.Məmmədyarov hərəyə 13.5 xal toplayaraq 14-15-ci pilləni bölüşdürüblər. Teymur Rəcəbov 12.5 xalla 28-ci yerə çıxıb. Eltac Səfərli isə aktivinə 12 xal yazaraq 44-cü olub. Qədir Hüseynov da 12 xal toplasa da, əlavə göstəricilərə görə 47-ci pillənin sahibi olub. Namiq Quliyev isə 10 xal toplayaraq çempionatı 115-ci yerdə başa vurub.
Yarışda 50 ölkədən 188 şahmatçı çempion adı uğurunda mübarizə aparıb. Ölkəmizi beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Namiq Quliyev təmsil ediblər. Çempionat isveçrə sistemi üzrə 21 turdan ibarət olaraq keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB