Pəhləvanlarımız dünya çempionatının ilk günü 2 medal qazanıblar

Pəhləvanlarımız dünya çempionatının ilk günü 2 medal qazanıblar

Yunanıstanın paytaxtı Afinada veteran güləşçilərin dünya çempionatı keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan pəhləvanları ilk gündə 1 qızıl və 1 gümüş medal qazanıblar. Sərbəst güləş üzrə yarışların keçirildiyi ilk gündə İslam Quliyev və Abbas Məmmədov fərqlənib.

85 kq çəkidə B divizionunda mübarizə aparan İslam Quliyev Rumıniya, Rusiya və İran güləşçilərini üstələyərək finala yüksəlib. Finalda Yaponiya təmsilçisini də məğlub edən pəhləvanımız dünya çempionatının qızıl medalını qazanıb.

63 kq çəkidə mübarizə aparan Abbas Məmmədov F divizionunda yarışıb. Yarımfinal mərhələsində Rusiya təmsilçisinə tam üstünlüklə qalib gələn pəhləvanımız finala yüksəlib. Finalda isə daha bir Rusiya təmsilçisi ilə qarşılaşan A.Məmmədov uduzub və dünya çempionatının gümüş medalına sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə