Tərlan Əhmədov: "Neçə aydır ki, maaş verə bilmirik" AÇIQLAMA

Tərlan Əhmədov: "Neçə aydır ki, maaş verə bilmirik" AÇIQLAMA

Topaz Premyer Liqasının VII turu AZAL üçün əlamətdar olub. Komanda cari mövsümdə ilk qələbəsini məhz bu tur "Rəvan" üzərində qazanıb-1:0. SİA baş məşqçilərin oyun haqda fikirlərini nəzərinizə çatdırır:

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): "Oyunun ağır olacağını bilirdim. Biz son pillədə, rəqib bizdən 1 pillə öndə qərarlaşmışdı. "Rəvan"da çıxış edən iki oyunçu hazırlığı bizimlə birgə keçmişdi. Heyətimizdə problemlər olsa da, bizim üçün vacib məsələ 3 xal qazanmaq idi. Qələbədən sonra hər oyuna motivasiya yüksək olur.
Hakim hər epizoda görə sarı vərəqə verdi. Bizim maddi durumumuz yaxşı deyil. Sarı vərəqələrə görə isə cərimələnəcəyik. Çox istərdik ki, adi epizodlarda sarı vərəqə verilməsin. Bu durum həm bizə, həm də oyunçulara problem yaradır. Neçə aydır ki, maaş verə bilmirik. 7 aydır ki, analoji problem mövcuddur".

Rövşən Babayev ("Rəvan"ın məşqçisi): "Tərlan Əhmədovu təbrik edirəm. AZAL əzmkar oyun sərgilədi. Bizdə bəxt çatmır. Çalışacağıq ki, gələn oyunlarda problemi aradan qaldırıb, yaxşı futbol sərgiləyək, nəticə qazanaq.

Qeyd edək ki, "Rəvan"ın baş məşqçisi Emin Quliyev səhhətindəki problemləri əsas gətirərək, mətbuat konfransına qatılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə