Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Vladimir Doroxin Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun final görüşünə gəlib. SİA-nın məlumatına görə, səfir Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla görüşərək Dünya Kubokunun gedişatı ilə maraqlanıb. Mötəbər yarışın təşkilatçılığını yüksək qiymətləndirən səfir Vladimir Doroxin finalda Rusiyanın iki şahmatçısının mübarizə aparmasını xüsusi vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB