Bu gün rusiyalı qrossmeyster Sergey Karyakin və onun ukraynalı həmkarı Pavel Elyanov Bakıda keçirilən dünya kubokunun finalına çıxmaq üçün tay-breyk oyunları keçirəcəklər. SİA-nın məlumatına görə, yarımfinalda bu iki şahmatçı arasında cavab oyunlarında qalib müəyyən edilməyib.
Rusiyanın digər nümayəndəsi Pyotr Svidler yarımfinalda hollandiyalı qrossmeyster Aniş Giriyə 1,5:0,5 hesabı ilə qalib gələrək, həm dünya kubokunun finalına vəsiqə alıb, həm də 2016-cı il mayın 9-dan 28-dək keçiriləcək iddiaçılar turnirində çıxış etmək hüququ qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə