"Fluminense" Ronaldinyo ilə yollarını ayırdı

"Fluminense" Ronaldinyo ilə yollarını ayırdı

Braziliyanın "Fluminense" klubu 2 ay öncə heyətinə qatdığı Ronaldinyo ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, klub futbolçu ilə bağlanmış müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini açıqlayıb. Bildirilib ki, tanınmış furtbolçu ilə gələcəkdə başqa sahələrdə əməkdaşlıq etmək planlaşdırılır.

Qeyd edək ki, Ronaldinyo "Fluminense" forması ilə 8 matçda meydana çıxıb. Ümumilikdə 437 dəqiqə meydanda olan 35 yaşlı futbolçu qol vurmayıb və heç bir qol ötürməsi verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə