"Qəbələ" "Krasnodar"la oyunun hazırlığına başlayır

"Qəbələ" "Krasnodar"la oyunun hazırlığına başlayır

Topaz Premyer Liqasının VI turunun "Rəvan" - "Qəbələ" qarşılaşmasının (0:3) ertəsi günü paytaxtda səhər məşqinə çıxan "qırmızı-qaralar" bir günlük istirahətdən sonra bir araya gələcəklər. SİA-nın məlumatına görə, ötən turda meydana çıxanların bərpa, digərlərinin tam məşq etdiyi son hazırlıqdan fərqli olaraq bu gün komanda birlikdə çalışacaq. Bugünkü axşam məşqi ilə "Qəbələ" UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun "Krasnodar"la (Rusiya) oyununun hazırlığına start verəcək. Roman Qriqorçukun yetirmələrinin paytaxtda iki gün məşq etməsi planlaşdırılıb. Sentyabrın 30-da səfərə yollanacaq komanda oyunöncəsi məşqini matçın keçiriləcəyi stadionda gerçəkləşdirəcək.
Xatırladaq ki, II turun "Krasnodar" - "Qəbələ" oyunu oktyabrın 1-də baş tutacaq. Bakı vaxtı ilə saat 00:05-də başlayacaq qarşılaşma "Kuban" stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə