Yığmamız Gürcüstan klubuna məğlub olub

Yığmamız Gürcüstan klubuna məğlub olub

Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması son yoxama oyunu keçirib. SİA-nın məlumatına görə, "Saburtalo" klubu ilə keçirilmiş qarşılaşma Gürcüstan təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, yığmamız toplanış çərçivəsində daha əvvəl keçirdiyi oyunlarda Tbilisinin "Lokomotiv" klubuna 0:2 hesabı ilə məğlub olmuş, "Sxinvali" klubunun əvəzedici heyətinə isə qalib gəlmişdi - 6:1.

Bütün xəbərlər Facebook səhifəmizdə