“Mançester Yunayted Futbol Məktəbi”nə növbəti seçimin NƏTİCƏLƏRİ
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti "Mançester Yunayted" Futbol Məktəbinə seçim prosesinin nəticələrini elan edib. SİA-nın məlumatına görə, "Bayıl Arena" stadionunda təşkil olunan seçim prosesində avqustun 22-də 2007-2008-ci il təvəllüdlü 32 nəfər, avqustun 23-də isə 2004, 2005, 2006-cı il təvəllüdlü 54 nəfər uşaq iştirak edib. Seçimlərin yekun mərhələsi 2004, 2005, 2006-cı il təvəllüdlülər üçün 26 avqust, 2007-2008-ci il təvəllüdlü uşaqlar üçün isə 29 avqust tarixində keçirilib. Seçimlərdən müvəffəqiyyətlə keçən və Mançester Yunayted Futbol Məktəbinə qəbul olunan uşaqların adları aşağıdakı cədvəldə qeyd olunub:
|
|
AD, SOYAD |
TƏVƏLLÜD |
|
1 |
Raul Məmmədov |
2004 |
|
2 |
Əli Abbasov |
2004 |
|
3 |
Riad Qəhrəmanov |
2005 |
|
4 |
Murad Rüstəmov |
2005 |
|
5 |
Nəbi Hacıyev |
2005 |
|
6 |
Cozef Hickman |
2005 |
|
7 |
Hacıəli Şirəliyev |
2005 |
|
8 |
Nihat Əhmədzadə |
2006 |
|
9 |
Liam Erik Brown |
2006 |
|
10 |
Əli Əhmədov |
2008 |
|
11 |
İsa Hüseynov |
2007 |
|
12 |
Murad Məmmədov |
2007 |
|
13 |
Nihad Şahhüseynli |
2008 |
Seçilmiş uşaqlar üçün 6 həftəlik sınaq müddəti təyin olunub. Bu sınaq müddətini müvəffəqiyyətlə başa vuran uşaqlar yaş qruplarına uyğun olaraq U-10, U-11 və U-12 qruplarda məşqlərdə iştirak edəcəklər.
Qeyd edək ki, seçimlər Mançester Yunayted Futbol Məktəbindən Azərbaycana ezam olunmuş məşqçi Mick Benett, AFFA tərəfindən isə Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB