Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının 4-cü günündə 3 dəst medalın sahibi müəyyənləşib. SİA-nın məlumatına görə, yarışlarda kişilər 50, qadınlar 25 metr məsafəyə tapançadan atəş açmada, həmçinin kişilər dabl-trapda qüvvəsini sınayıblar. Tapança növündə yarış asiyalıların üstünlüyü ilə keçib. Belə ki, 6 medaldan 5-i asiyalıların olub. Çin 2-si qızıl olmaqla, 3 medal qazanıb. Koreya isə hesabına 2 medal əlavə edib. Digər mükafat Rusiyanın olub. Stenddə keçirilən dabl-trapda isə ABŞ, Böyük Britaniya və Rusiya növbəti medalını əldə edib.
Tapança, 50 m, kişilər
1. Jiajie May (Çin)
2. Daehun Park (Koreya)
3. Çeonqyonq Kim (Koreya)
Tapança, 25 m, qadınlar
1. Lijia Çao (Çin)
2. Vutalina Bataraşkina (Rusiya)
3. Jinqjing Janq (Çin)
Dabl-trap, kişilər
1. Valton Eller (ABŞ)
2. Stiven Skott (Böyük Britaniya)
3. Vasili Mosin (Rusiya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB