Topaz Premyer Liqasının 2015-2016-cı illər mövsümünün ilk turunda keçirilən "Qəbələ" - "Qarabağ" oyununda 4 qol qeydə alınıb. Bunlardan 2-si meydan sahibinin, 2-siisə qonaqların aktivinə yazılıb. SİA-nın məlumatına görə, oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk qarşılaşma barədə fikirlərini bidirib: "Düşünürəm ki, bu gün meydançada yaxşı futbol gördüm. "Qarabağ" barədə nəsə demək istəmirəm. Öz futbolçularım barədə danışarkən onu deyim ki, onlarla fəxr edirəm. Futbolçular meydançada əsl kişi kimi davrandılar. Neqativ heç nə görmədim. Onlara təşəkkür edirəm. Yüksək temp görmədik. Bunun səbəbi Avropa Liqasındakı oyunlardır. Mənim hakimlərə böyük hörmətim var. Bizim əleyhimizə olan qırmızı vərəqə və penalti barədə onu deyə bilərəm ki, penalti 100 faiz vardı, amma qırmızı vərəqəyə yaxın bir epizod belə yox idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB