Emin Quliyev: “Fərid Quliyevi cəza gözləyir”

Emin Quliyev: “Fərid Quliyevi cəza gözləyir”

Topaz Premyer Liqasının 2015/2016-cı illər mövsümünün ilk turunda keçirilən "Rəvan" - "Sumqayıt" görüşündə hesab açılmayıb. SİA-nın məlumatına görə, oyundan sonra meydan sahibi komandanın baş məşqçisi Emin Quliyev qarşılaşma barədə fikirlərini bildirib. Mütəxəssis komandada çatışmazlıqlar olduğunu qeyd edib: "Komandanı yeni formalaşdırmışıq. Çatışmazlıqlar vardı. Ümumi götürsək, yaxşı oynadıq. Futbolçulara təşəkkür edirəm. Əvəzlənən zaman etiraz edən Fərid Quliyevi cəza gözləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə