Astara Rayon Gənclər və İdman İdarəsində avqustun 1-dən 6-dək Gürcüstanın Batumi şəhərində mini-futbol üzrə veteranlar arasında Gennadi Menabdenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uğurlu nəticələr qazanmış veteran futbolçularla görüş keçirilib. Tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev beynəlxalq turnirdə fəxri ikinci yerə sahib olmuş astaralı idmançıları təbrik edib, onlara yeni-yeni qələbə sevincləri arzulayıb.
Qeyd olunub ki, turnirin "ən yaxşı qapıçısı" adına həmyerlimiz Emin Ağayev, "ən yaxşı müdafiəçi" adına isə İntiqam Musayev layiq görülüb.
Görüşdə çıxış edən veteran futbolçular ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmançılara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda veteran futbolçulara fəxri fərmanlar və hədiyyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB