İyulun 31-də AFFA icraiyyə komitəsinin fövqəladə iclası keçirilib. İclasda Peşəkar Futbol Liqasının müraciətinə əsasən, "Rəvan" futbol klubunun 2015-2016-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakı təmin edilib.
İclasda, həmçinin 2016-2017-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalar təsdiq edilib, AFFA-nın "Kəpəz Peşəkar Futbol Klubu", "Turan Tovuz Peşəkar Futbol Klubu" və "Zaqatala Peşəkar Futbol Klubu" ictimai birliklərinin yaradılmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakının təmin olunması qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB