Avropanın ən yaxşı futbolçusu

10 iddiaçının adı müəyyənləşib
Avropanın ən yaxşı futbolçusu

Argentinalı Lionel Messi ("Barselona") və portuqaliyalı Kriştianu Ronaldu ("Real") 2014/2015-ci il mövsümündə də Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) versiyası üzrə Avropanın Ən yaxşı futbolçusu titulunu qazanmağa çalışan on iddiaçı sırasındadırlar. Bu barədə UEFA-nın saytı xəbər verir.

İddiaçıların siyahısına Eden Azar (Belçika, "Çelsi"), Canluici Buffon (İtaliya, "Yuventus"), Arturo Vidal (Çili, "Yuventus"), Neymar (Braziliya, "Barselona"), Andrea Pirlo (İtaliya, "Yuventus" və "Nyu-York Siti"), Pol Poqba ( Fransa, "Yuventus"), Luis Suares (Uruqvay, "Barselona"), Karlos Teves (Argentina, "Yuventus" və "Boka Xuniors") də daxil olublar.

Əvvəlki illərdə olduğu kimi, münsiflər heyəti bütün 54 milli assosiasiyanı təmsil edən jurnalistlərdən ibarətdir. Münsiflər heyətinin hər bir üzvü mövsümün ən yaxşı futbolçusu hesab etdiyi beş nəfərin adını göstərib. Oyunçu hər dəfə birinci yer üçün beş xal, ikinci yer üçün dörd xal və s. qazanıb.

Səsvermənin ikinci dövrəsinin yekunları üzrə üç namizəd seçiləcək. Onların adları avqustun 12-də məlum olacaq.

Avqustun 28-də isə Monakoda 2015/2016-cı ilin Çempionlar liqasının qrup mərhələsi üçün püşkatma çərçivəsində həmin münsiflər heyəti üç ən yaxşı iddiaçını müəyyənləşdirəcək.

Əvvəlki illərdə Messi (2011), Andres İnyesta (2012), Frank Riberi (2013) və Ronaldu (2014) bu mükafata sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə