"Valensiya" 19 yaşlı hücumçuyla anlaşdı

Santyaqo Mina “yarasalar”la 5 illik müqavilə bağladı
"Valensiya" 19 yaşlı hücumçuyla anlaşdı

"Selta" klubunun hücumçusu Santyaqo Mina növbəti mövsümü daha da iddialı komandada keçirəcək. Viqolularla müqaviləsi gələn ilin yayında başa çatacaq 19 yaşlı futbolçu "Valensiya" klubuna transfer olunub.

"Selta"da uğurlu oyunu ilə diqqəti çəkən Mina "yarasalar"la 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, ötən mövsüm İspaniya La Liqasında 24 oyun keçirən hücumçu 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə