Milli komandamız Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib FOTOLAR
İlk Avropa Oyunlarını uğurla başa vurmuş Azərbaycanın boks üzrə milli komandası və Azərbaycan Boks Federasiyasının rəhbərliyi bu gün Fəxri Xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər. SİA-nın xəbərinə görə, Federasiya rəhbərliyi və idmançılarımız daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
Xatırladaq ki, boks üzrə milli komandamız "Bakı-2015" ilk Avropa Oyunlarında 11 medal qazanıb. Onlardan 6-sı qızıl, 1-i gümüş, 4-ü isə bürünc medaldır.
.jpg)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB