"Kəpəz" Peşəkar Futbol Klubu heyətinə daha bir futbolçu cəlb edib. Azad Kərimov komandamızın sıralarına qatılan növbəti oyunçudur. Bu barədə SİA-ya "Kəpəz" Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib.
Onun sözlərinə görə, gənc müdafiəçi "Bakı" FK-dan transfer olunub. Kərimov 21 yaşlı futbolçulardan ibarət milli komandamızın da şərəfini qoruyur. Qeyd edək ki, futbolçu ilə bir illik razılaşma əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB