Artıq Azərbaycanın qadın basketbolçuları mübarizəyə başlayıblar. İdmançılarımız İsveçrə yığması ilə qarşılaşır.
Qadınlardan ibarət millimizin baş məşqçisi Tatyana Slojenitsina heyətdə Tatyana Deniskina, Renara Tiffani Reys, Aneyka Henri və Dina Ulyanovaya şans verib.
Rəqib komandanın heyətində isə Sarah Kerşav, Marielle Giroud, Aleksia Rol və Dorote Studer heyətdə meydana çıxıblar.
17:14
Kişilərin və qadınların 3x3 basketbol yarışlarında maraqlı qarşılaşmalar oynanılır.
"C" qrupunda İspaniya basketbolçuları Slovakiya idmançılarına 16:4 hesabı ilə qalib gəliblər. "D" qrupunda isə Litva millisi Rumıniya üzərində çətin qələbə qazanıb – 14:12.
Kişilərin mübarizəsində də maraqlı qarşılaşmalar oynanılıb. "C" qrupunda mübarizə aparan Yunanıstan yığması Estoniyanı çətinliklə də olsa məğlub edə bilib – 19:16. "D" qrupunda isə İsveçrə 16:10 hesabı ilə Andorradan üstün olub.
16:47
Kişilər arasında yarışlarda "A" qrupunda çıxış edən Sloveniya yığma komandası israilli rəqiblərini 16:7 hesabı ilə məğlub edib. Rusiya millisi isə Belçika yığmasını 21:12 hesabı ilə məğlubiyyətə uğradıb.
16:16
Qadınlar arasında mübarizənin "A" qrupunda Yunanıstan komandası Niderland kollektivinə 13:8 hesabı ilə qalib gəlib. "B" qrupunda yer alan Ukrayna yığması isə Çexiya millisi üzərində qələbə qazanıb – 15:11.
15:38
"Bakı-2015" birinci Avropa Oyunları çərçivəsində iyunun 23-də Avropa Oyunları Parkında kişilər və qadınlar arasında 3x3 basketbol yarışı başlayıb. SİA-nın xəbərinə görə, kişi və qadın komandaların dörd qrupda mübarizə apardığı yarışlarda yığmalar Oyunların qızıl medallarını qazanmağa çalışacaqlar.
"D" qrupunda mübarizə aparacaq kişilərdən ibarət Azərbaycan yığmasının rəqibləri Andorra, Çexiya və İsveçrə komandalarıdır. "A" qrupunda yarışan qadınlardan ibarət millimizin rəqibləri isə Niderland, İsveçrə və Yunanıstan yığmalarıdır.
"D" qrupunda yarışların ilk günündə Andorra-İsveçrə, Azərbaycan-Çexiya və Azərbaycan-İsveçrə qarşılaşmaları keçiriləcək.
Qadınların yarışlarında isə "A" qrupunda Niderland- Yunanıstan, Azərbaycan-İsveçrə, Yunanıstan-İsveçrə görüşləri oynanılacaq.
Ümumilikdə 32 komandanın mübarizə aparacağı və dörd gün davam edəcək 3x3 basketbol yarışlarında qaliblər iyunun 26-da müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB