Jose Miguel Mateus: “Azərbaycan xalqının dəstəyi ilə biz qələbə qazanacağıq”

Jose Miguel Mateus: “Azərbaycan xalqının dəstəyi ilə biz qələbə qazanacağıq”

"Biz keçən ildən etibarən Azərbaycanda fəaliyyət göstəririk. Ölkəyə gəldiyimiz vaxtda Azərbaycan heyəti B divizionunun axırıncı yerində idi". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Çimərlik futbolu üzrə Azərbaycan komandasının baş məşqçisi Jose Miguel Mateus deyib. O qeyd edib ki, Azərbaycana gəldikdən sonra çimərlik futbolu qərarlaşdığı divizionda irəliləməyə başlayıb. B divizionunda olmalarına baxmayaraq, Avropa Oyunlarında 1-ci yeri tutmaq üçün mübarizə aparacaqlar: "Bu müddət ərzində müəyyən irəliləyişlərimiz oldu. Tədricən Azərbaycan heyəti B divizionunun ilk yerinə gəlib çatıb. Hal-hazırda Avropa Oyunları çərçivəsində biz B divizionunda yarışacayıq. Digər 7 heyət isə A divizionunda mübarizə aparacaq. Bizim B divizionunda olmağımıza baxmayaraq, hədəfimiz sözsüz ki, ən yüksək yerdir. Hər bir oyunda qələbə qazanmaqla biz buna nail ola bilərik. Çünki, mən iş çərçivəmdə heç bir halda ikinci, yaxud da 3-cü yeri hədəf götürmürəm. Ən yaxşı nailiyyətdən söhbət gedirsə, burada ən yaxşı göstərici sözsüz ki, 1-ci yerdir. Biz də azərkeşlərin, Azərbaycan xalqının və oyunlara gəlib baxan insanların dəstəyi ilə biz qələbə qazanacağıq. Bizim əsas məqsədimiz birinci yeri tutmaqdır və hər bir oyunda rəqib komandalar üzərində qələbələr qazanmaqla bu məqsədə nail olmaq mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə