"Bakı-2015": Kişilər arasında şosse velosipedi yarışının qalibi ispan idmançı oldu

"Bakı-2015": Kişilər arasında şosse velosipedi yarışının qalibi ispan idmançı oldu

"Bakı-2015" ilk Avropa Oyunlarının kişilər arasında şosse velosipedi yarışı başa çatıb. SİA-nın məlumatına görə, yarışın qızıl medalınl ispaniyalı velosipedçi Luis Leon Sançes Gil qazanıb. O, 5 saat 27 dəqiqə 25 saniyə vaxt göstəricisi ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ukraynalı Andriy Qrivko gümüş, çexiyalı Petr Vakoç isə bürünc medala sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə