Voleybol yarışlarının qrup mərhələsinin son oyunları keçirilir

Voleybol yarışlarının qrup mərhələsinin son oyunları keçirilir

Bu gün birinci Avropa Oyunları çərçivəsində qadınlar arasında voleybol yarışlarının qrup mərhələsinin son oyunları keçirilir. Xəbər verilir ki, ilk olaraq "A" qrupunda meydançaya Belçika və Polşa voleybolçuları çıxıblar. İlk üç setdən sonra hesab 2:1 Polşa komandasının xeyrinədir.

Xatırladaq ki, bu qrupda Azərbaycan və Türkiyə milliləri dörddəbir finala vəsiqə qazanıblar. Digər iki vəsiqənin sahibi isə bu gün keçirilən oyunlardan sonra müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə