Belçikalı voleybolçu: “İlk Avropa Oyunları bizim üçün yeni təcrübədir”

Belçikalı voleybolçu: “İlk Avropa Oyunları bizim üçün yeni təcrübədir”

"Türkiyənin qadın voleybolçularından ibarət milli komandası çox güclü idi. Onlarda güclü hücumçular var idi və nəticədə biz məğlub olduq". Bunu SİA-ya belçikalı voleybolçu Courtois Valerie deyib.

İdmançının sözlərinə görə, Belçika komandasında yarışçılar gənc idi: "Bizdə yaşı az olanlar var idi. Türkiyə yığması təcrübə baxımından da bizdən üstün idi. İlk Avropa Oyunları bizim üçün yeni təcrübə hesab olunur. Təşkilatçılıq çox yüksək səviyyədə idi. Burada idmançılar üçün hər bir şərait yaradılıb. Biz çox istərdik ki, qələbə qazanaq və növbəti mərhələyə keçək. Amma təəssüf ki, bu mümkün olmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə