Qadınlar arasında atəşaçma yarışında Serbiya qalib gəlib

Qadınlar arasında atəşaçma yarışında Serbiya qalib gəlib

Qadınlar arasında 10 metr məsafəyə hava tapançası ilə atəşaçma yarışının qalibi serbiyalı Zorana Arunoviç olub. SİA-nın xəbərinə görə, səkkiz ölkədən idmançıların mübarizə apardıqları final mərhələsində Z.Arunoviç 199.5 xal qazanaraq qızıl medala sahib olub. Beləliklə o, "Rio-2016" Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıb.

Yarışda gümüş medalı ispaniyalı Sonia Franquet, bürünc mükafata isə belaruslu Viktoriya Çayka layiq görülüb.

Sonra qaliblər mükafatlandırılıb.

Qaliblərə medalları Malta Olimpiya Komitəsinin baş katibi Yozef Kassar təqdim edib.

Xatırladaq ki, Z.Arunoviç 2012-ci il London Olimpiadasında 4-cü və 7-ci yerləri tutub. O, 2010-cu ildə keçirilən dünya çempionatında isə birinci yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə