Bu gün "Bakı-2015" I Avropa Oyunları çərçivəsində karatenin Kumite növü üzrə keçirilən yarışları davam edir. SİA-nın məlumatına görə, 60 kiloqram çəki dərəcəsində yarışan idmançımız Firdovsi Fərzəliyev albaniyalı Marqeshi Halil üzərində 6:0 hesabı ilə inamlı qələbə qazanıb. Firdovsi Fərzəliyev qələbəsi ilə yarımfinala vəsiqə qazanıb. Yarımfinal qarşılaşması bu gün 15:58-də Makedoniyadan olan idmançı Emil Pavlovla baş tutacaq.
67 kiloqram çəki dərəcəsində tatamiyə çıxan azərbaycanlı idmançı Niyazi Əliyev ispaniyalı Rasero Ruiz Manuel üzərində 2:0 hesabı ilə qələbə qazanıb. Niyazi Əliyev yarımfinalda Türk idmançı Uygur Burakla qarşılaşacaq. Görüş saat 16:12-də baş tutacaq.
75 kiloqram çəki dərəcəsində karatenin Kumite növündə yarışan daha bir idmançımız Rafael Ağayev Ukraynalı Nikulin İllya ilə qarşılaşıb. 3:0 hesabı ilə qalib gələn idmançımız türkiyəli idmançı Erman Eltemurla görüşdə məğlub olub. Görüş 5:3 hesabı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB