Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları çərçivəsində güləş yarışları iyunun 13-dən 18-dək Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq. "Bakı-2015"-ə hazırlaşan sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığma komandalarımız yarışların keçiriləcəyi Heydər Əliyev adına İdman Sarayında məşq ediblər. Məşq prosesini Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevlə yanaşı, vitse-prezidentlər Məhəmməd Aliomarov və Namiq Abdullayev, baş katibi Əjdər Cəfərov da izləyib.
Qeyd edək ki, "Bakı-2015"-in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil olunub. Yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İyunun 15-16-da qadın güləşçilər, iyunun 17-18-də isə sərbəst güləşçilər yarışacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB