I Avropa Oyunlarının məşəlinin Bakı səyahəti

I Avropa Oyunlarının məşəlinin Bakı səyahəti

"Bakı-2015" I Avropa Oyunlarının məşəlinin Bakı səyahəti

Beş günlük möhtəşəm tədbirlər Bakının qonaqlarına təklif edə biləcəyi sərvətləri nümayiş etdirəcək.

Bakıdakı tədbirlər

7 iyun: Alovun Gəlişi

8 iyun: İdman obyektləri

9 iyun: İçəri Şəhər

10 iyun: Parklar və Mədəni Obyektlər

11 iyun: Alovun yola salınması

Arrival of the flame

7 iyun: Alovun Gəlişi

18:00 - 21:30

Məşəlin şəhərə təntənəli şəkildə gəlişini, Dənizkənarı Milli Parkda başlayacaq və Qız Qalasında bitəcək 16 km-lik estafetini izləməyə qoşulun.

Sporting venues

8 iyun: İdman obyektləri

Məşəlin "Bakı-2015"in arenalarına olan səyahətinə tamaşa etmək üçün "Bak-2015"in rəsmi internet səhifəsini və rəsmi sosial medianı diqqətlə izləyin.

old city

9 iyun: İçəri Şəhər

16:00 - 16:50

Məşəl şəhərin ən məşhur tikililərindən keçərək, küçələr boyunca daşınan zaman siz də Bakının tarixi məkanlarına təkrarolunmaz səyahət edin.

Parks and culture

10 iyun: Parklar və Mədəni Məkanlar

Məşəl şəhərin ən gözəl parklarına və meydanlarına səyahət edərkən siz də bu əyləncəli anlara qoşulun.

13:00 Nizami küçəsindən Fəvvarələr meydanınadək

14:00 Qış Parkından Heydər Əliyev Sarayına

15:30 Filarmoniya Bağından funikulyora

16:30 Dağüstü Park

Departure of the flame

11 iyun: Alovun yola salınması

21:00 - 21:30

İyunun 12-də Açılış Mərasimi zamanı Bakı Olimpiya Stadionuna daxil olmazdan əvvəl alovun şəhər boyunca son gəzintisinə Dənizkənarı Milli Parkda qoşulun.

Bütün xəbərlər Facebook səhifəmizdə