Rusiyanın "Bakı-2015"də suya tullanma üzrə yarışacaq idmançıları müəyyənləşib
Suya tullanma üzrə Rusiya millisinin baş məşqçisi Oleq Zayçev I Avropa Oyunlarında iştirak edəcək heyəti açıqlayıb. SİA-nın məlumatına görə, Rusiya mətbuatında yayılan xəbərlərdə bildirilir ki, Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışda kişilərin mübarizəsində İlya Malçanov, Nikita Nikolayev, Aleksandr Belevçev və Nikita Şleyxer gücünü sınayacaqlar.
Qadınların mübarizəsində isə Yekaterina Nekrasova, Mariya Polyakova, Yelena Çernıx, Anna Çuynışena və Yuliya Timoşinina medallar uğrunda yarışacaqlar.
Baş məşqçi I Avropa Oyunlarında idmançıların qarşısına 5 medal qazanmaq tələbi qoyulduğunu xüsusi vurğulayıb.
Qeyd edək ki, Rusiya I Avropa Oyunlarında 360 atlet ilə təmsil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB