“Kür” Olimpiya Tədris-İdman Mərkəzində "Bakı-2015"ə son hazırlıq işləri aparılır FOTOSESSİYA
Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində "Bakı-2015" I Avropa Oyunlarına son hazırlıq işləri aparılır. SİA-nın məlumatına görə, Kür çayının sahilində yerləşən mərkəzdə yarışların keçirilməsi üçün hər cür şərait yaradılıb. Burada avarçəkənlərin məşqi və yarışların təşkili üçün Kür çayının mərkəzin ərazisinə düşən hissəsinin həm kənarında, həm də çayda bütün avadanlıqlar quraşdırılıb. Mərkəzdə 250 yerlik 6 mərtəbəli mehmanxana, kotteclər, idman zalı, qapalı üzgüçülük hovuzu, avarçəkmə klubu, tennis kortu, qayıqların saxlanması üçün anqar fəaliyyət göstərir. Burada 4 mərtəbəli xüsusi bina da inşa olunub. Bu binada hakimlərin yarışları izləməsi üçün otaqlar var və restoran fəaliyyət göstərir. Terrasda isə operator və fotoqrafların yarışları işıqlandırması üçün şərait yaradılıb.
"Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin kanoe sprinti yarışları üzrə meneceri Jan Jerom Perrin jurnalistlərə açıqlamasında I Avropa Oyunlarında "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək yarışlar barədə məlumat verib: "Bakı-2015" I Avropa Oyunları zamanı "Kür" Olimpiya Tədris-İdman Mərkəzində iyunun 14-dən 16-dək avarçəkmənin kayak və kanoe növləri üzrə yarışlar keçiriləcək. Yarışlarda 37 ölkədən 300-dən çox kişi və qadın avarçəkənin iştirakı gözlənilir. Oyunlarda Azərbaycan 7 avarçəkənlə təmsil olunacaq. Yarışlardan əvvəl əcnəbi və yerli idmançılar üçün təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulub. I Avropa Oyunlarında qitənin ən güclü idmançıları iştirak edəcəklər. Olimpiya Oyunlarının Macarıstan, Çexiya, Fransa, Almaniya və digər ölkələrdən olan 20 mükafatçısı "Bakı-2015" I Avropa Oyunlarında qızıl medallar uğrunda mübarizə aparacaq.
Hazırda könüllülər və texniki işçilər üçün treninqlər təşkil edilir. Oyunlar vaxtı burada 100 könüllü xidmət göstərəcək. İdman yarışlarından əlavə, keçiriləcək digər tədbirlərə isə daha 300 könüllü cəlb olunacaq".
İdmançıların Mingəçevirə iyunun 10-11-də gələcəklərini deyən menecer Kürün sahilində və əsas yarış zonasında hazırlıq işlərinin başa çatmaq üzrə olduğunu qeyd edib: "Burada 1000-ə yaxın tamaşaçı üçün oturacaqlar quraşdırılıb. İdman qurğusunda avarçəkənlər üçün istirahət zonası, çadırlar qurulur, şəhərdə müxtəlif tədbirlərin keçirilməsi üçün hazırlıq işləri görülür".
.jpg)


.jpg)





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB