Portuqaliyalı velosipedçi Xorxe Kritovao Lissabondan Bakıya velosipedlə etdiyi səfərin 30-cu günündə Yunanıstanın Saloniki şəhərində yerləşən Olimpiya muzeyində olub. SİA-nın məlumatına görə, idmançı muzeyin direktoru Kiriaki Ouratzi ilə görüşərək ona "Bakı-2015" I Avropa Oyunlarının rəsmi bayrağını və Oyunların Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin məktubunu təqdim edib.
Qeyd edək ki, portuqaliyalı velosipedçi aprelin 10-da Lissabondan başladığı səfəri iyunun 10-da Bakıda başa çatdıracaq. //AZƏRTAC
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB