"Murov" Ekstremal İdman Klubu Ümummilli Liderimiz Heydər Əliyevin 91-ci ildönümü münasibəti ilə 2014-cü il may ayının 10-dan "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" layihəsinə start verib. Layihənin məqsədi günü-gündən inkişaf edərək dünyanın diqqət mərkəzinə çevrilən və idman ölkəsi kimi tanınan Azərbaycanımızın dövlətçiliyinin təməli olan üçrəngli bayrağının ölkəmizdə və xaricdəki yüksək dağ zirvələrində dalğalandırılmasıdır. Qeyd edək ki, ötən bir il ərzində "Murov" Ekstremal İdman Klubu İran İslam Respublikasında "Zəncan" Dağçı Klubu ilə birgə Savalan (4811 m) və Dəmavənd (5671 m) zirvələrinə, Azərbaycan Alpinizm Federasiyası ilə birlikdə isə 2014-cü ilin avqust ayında "Elbrus" ( Rusiya Federasiyası, 5642 m) və sentyabr ayında "Kazbek" (Gürcüstan, 5033.8 m) zirvələrinə uğurlu yürüşlər təşkil edib.
SİA-nın məlumatına görə, Ümummilli Liderimiz Heydər Əliyevin 92-ci ildönümü münasibəti ilə "Murov" Ekstremal İdman Klubunun təşkilatçılığı ilə həyata keçirilən layihənin ikinci mərhələsinə bu il mayın 6-da Avropanın ən yükək zirvəsi olan Elbrus dağına yürüşlə start verilib. Yürüşdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, "Toyota Baku" , "Bakcell" və " Vertical Group MMC " şirkətləri, həmçinin "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC, Alpinizm Federasiyası, "Murov" Ekstremal İdman Klubu kimi dövlət idarələri və şirkətlərin təmsilçiləri iştirak edirlər. Xüsusi vurğulamaq istərdik ki, yürüş iştirakçıları, məhz, may ayının 10-da, Ulu Öndər Heydər Əliyevin doğum günündə Elbrus zirvəsində olmağı qarşıya məqsəd qoyublar. Qeyd edək ki, "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" layihəsi çərçivəsində 2015-2016-cı il tarixləri arasında Qafqaz, Orta Asiya, Afrika və Latın Amerikasının ən yüksək zirvələrinə yürüşlərin həyata keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB