Tbilisidə idmanın karate növü üzrə dünya çempionatı başlayıb. Gürcüstan Milli Karate Federasiyasının prezidenti Kaxa Basilia bildirib ki, karatenin dörd növü üzrə keçirilən çempionatda 6 yaşdan 60 yaşınadək idmançılar mübarizə aparacaqlar.
Yarışlarda 52 ölkədən 1800 idmançı iştirak edir. Azərbaycan bu çempionatda 200-dən çox nümayəndə ilə təmsil olunur.
Çempionata mayın 4-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB