“Barselona” və “Yuventus” ÇL-in 1/4 finalına vəsiqə qazanıb

“Barselona” və “Yuventus” ÇL-in 1/4 finalına vəsiqə qazanıb

Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları başa çatıb. SİA-nın məlumatına görə, son oyun günündə "Barselona" "Mançester Siti"ni, "Borussiya" (Dortmund) isə "Yuventus"u qəbul edib. İlk oyunda 2:1 hesabı ilə qalib gələn "Barselona" bu dəfə də qələbə qazanıb və 1/4 finala çıxıb.

İlk oyunda minimal üstünlüklə qalib gələn (2:1) "Yuventus" isə bu dəfə rəqibinə 3 cavasız qol vurub və növbəti mərhələyə vəsiqə qazanıb.

18 mart

Çempionlar Liqası

1/8 finalın cavab oyunları

"Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə) 1:0

(İlk oyun - 2:1)
Qol: Rakitiç, 31 (1:0)

"Borussiya" (Dortmund, Almaniya) - "Yuventus" (İtaliya) 0:3

(İlk oyun - 1:2)
Qol: Tevez, 3 (0:1), Morata, 70 (0:2), Tevez, 79 (0:3)

18 mart

"Monako" (Fransa) - "Arsenal" (İngiltərə) 0:2
Qol: Jiru, 36 (0:1), Remsi, 79 (0:2)
(İlk oyun - 3:1)

"Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) 1:0 (Penatilər seriyası - 3:2)

Qol: Suares, 27 (1:0)
(İlk oyun - 0:1)

Bütün xəbərlər Facebook səhifəmizdə