Bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) və Azərbaycan Güləş Federasiyası (AGF) arasında anlaşma memorandumunun imzalanma mərasimi kçeirilib. SİA-nın məlumatına görə, BAOƏK-in konfrans zalında təşkil olunmuş tədbirdə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev, federasiyanın baş katibi Əjdər Cəfərov və BAOƏK-in Koorporativ direktoru Elçin Səfərov iştirak edib.
Mərasimdən öncə Azərbaycan güləşçilərinin uğurlarından bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra çıxış edən N. Əliyev qarşıdan gələn yeniyetmələr və gənclər arasında AGF Kubokunun I Avropa Oyunları üçün test-turnir şəklində təşkil ediləcəyini bildirib: "Aprelin 16-19-da təşkil olunacaq yarış Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. Artıq test-turnirdə iştirak etmək üçün bir neçə dövlətin güləş federasiyası müraciət edib. I Avropa Oyunlarında 470 güləşçi iştirak edəcək. Test-turnirdə isə 450-ə yaxın idmançının iştirakı nəzərdə tutulub. Yarış Dünya Güləş Birliyinin (DGB) qaydalarına əsasən təşkil olunacaq. DGB-nin yeni qaydalarına əsasən turnirdə döşəklərin rəngi də dəyişdiriləcək. Mükafatlandırma mərsimi isə I Avropa Oyunlarındakı kimi təşkil olunacaq".
Elçin Səfərov sınaq yarışlarının çox önəmli olduğunu deyib: "Güləş üzrə test-turniri BAOƏK-in heyətinin özünü sınaması üçün yaxşı şansdır. Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı yenidənqurma işləri aparılıb. Test-turniri bu arenada yaradılan şəraiti əyani şəkildə görmək də üçün önəmlidir. Növbəti həftədən yarışı işıqlandırmaq istəyən jurnalistlərin qeydiyyatına başlanacaq".
Daha sonra Namiq Əliyev və Elçin Səfərov memorandumu imzalayıblar.
Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB