"Atletico"nun yarımmüdafiəçisi Tiyaqo Mendeş "Real Madrid" üzərində qazanılan parlaq qələbədən (4:0) sonra fikirlərini media ilə bölüşüb. Futbolçu rəqibin zəif nöqtələrini tapdıqlarını deyib.
"Primeroda "Real" və "Barcelona"ya dinclik verməməyə can atırıq. "Real"la oyunda əla oynayıb 3 xalı qazandıq. Rəqibə boş sahələr açmadıq. Matç bizim diqtəmizlə keçdi. "Atletico" ərazi üstünlüyünü ələ keçirməyə çalışdı və "Real"ın zəif nöqtələrini tapa bildi. Onlar həftə içi "Sevilla" ilə qarşılaşmışdı. Bu, bizim xeyrimizə işlədi. Azarkeşlər və məşqçi komandaya əlavə güc verirdi. Mən derbini qazana bilmədiyimiz dövrləri də görmüşəm. Çox şeyin dəyişdiyini deyə bilmərəm. Sadəcə indi öz gücümüzə daha əminik. Dərk edirik ki, "Atletico" güclü komadadır. Hər şeyi düz etsək, uğur qazanacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB