Raqif Abbasov: “Qarabağ” klubu Avropada yenə öz sözünü deyəcək” AÇIQLAMA

Raqif Abbasov: “Qarabağ” klubu Avropada yenə öz sözünü deyəcək” AÇIQLAMA

"Sabah UEFA-da "Qarabağ" Futbol Klubunun Avropa Liqasında İtaliya "İnter"inə qaydalar çərçivəsində vurduğu qolun sayılmaması ilə əlaqədar şikayət məktubuna baxılacaq. UEFA-nın qərarından asılı olmayaraq, "Qarabağ" xalq sevgisini qazanıb və bütün dünya Avropa Liqasında təmsilçimizin qarşısının ədalətsizliklə kəsildiyini bilir". Bu fikirləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib. O, "Qarabağ" klubuna qarşı edilən haqsızlığın səbəbkarlarının UEFA tərəfindən cəzalandırılacağını bildirib: "Haqq öz yerini tapacaq. "Qarabağ" Futbol Klubuna qarşı olunan ədalətsizlik UEFA tərəfindən qəbul ediləcək və günahkarlar cəzalandırılacaq".

R. Abbasov "Qarabağ"ın beynəlxalq səviyyədə böyük uğurlar qazanacağına inandığını qeyd edib: "Qarabağ" məzmunlu və maraqlı oyunu ilə ölkəmizdə hər kəsin sevgisini qazanıb. Komandanın bu mərhələyə çatmasında zəhməti olan hər bir şəxs "Qarabağ"ın gələcəkdə yenə də beynəlxalq yarışlarda yüksək yerlər uğrunda mübarizə aparması üçün əlindən gələni edəcək, hər bir azarkeş komandamıza dəstəyini göstərəcək.

Cənab Prezident İlham Əliyevin "Qarabağ" Futbol Klubunu qəbul etməsi həmin kluba ölkə rəhbərliyi tərəfindən göstərilən diqqətin nümunəsidir.

İnanıram ki, "Qarabağ" klubu Avropada yenə öz sözünü deyəcək və oyunları ilə milyonlarla azarkeşini sevindirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə