"Neftçi" “Elazığspor”a məğlub olub

"Neftçi" “Elazığspor”a məğlub olub

"Neftçi" PFK Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, komanda Türkiyənin "Elazığspor" klubu ilə qarşılaşıb. Görüş "ağ-qaralar"ın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. "Neftçi"nin start heyəti belə olub: Saşa Stamenkoviç, Karlos Kardoso, Rahil Məmmədov, Məqsəd İsayev, Emin Mehtiyev, Kaue da Silva, Ernest Nfor, Elşən Abdullayev, Samir Məsimov, Julius Vobay, Ruslan Qurbanov.

Qeyd edək ki, qarşılaşmadan öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və "Neftçi" oyuna qara sarğı ilə çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə