Qvardiola o türkü transfer etmək istəyir

Qvardiola o türkü transfer etmək istəyir

"Bavariya" "Bursaspor"un 17 yaşlı hücumçusu Enes Ünalı transfer etmək niyyətindədir. SİA-nın məlumatına görə, ötən mövsüm "Qalatasaray"a vurduğu qolla Super Liqa tarixinin ən gənc qolçusu adını qazanan E. Ünal Avropa nəhənginin maraq dairəsinə düşüb.

Qeyd edək ki, E. Ünalla, həmçinin "Çelsi", "Mançester Siti", "Borussiya Dortmund" klubları da maraqlanırdı. "Borussiya Münhenqladbax" klubu ötən mövsüm adıçəkilən futbolçunu transfer etmək üçün hərəkətə keçsə də, məqsədinə nail ola bilməmişdi.

Qeyd edək ki, cari mövsümdə futbolçu 13 oyunda 574 dəqiqə meydanda olub və hələ ki, qol vurmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə